Maraqlı

Avropada “Honor Router 3” routeri satışa çıxarılıb

30 İyul 2020 07:21
Baxış: 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə Avropa ölkəsində "Honor Router 3" simsiz marşrutlayıcısının satışlarına başlanılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu, "Honor" çeşidində "Wi-Fi 6" texnologiyasını dəstəkləyən ilk routerdir. Qeyd edək ki, istehsalçı tərəfindən "Router 3" qurğusu "Wi-Fi 6 Plus" adlandırılır. Bu, onun adi "Wi-Fi 6" ilə müqayisədə daha güclü siqnal təmin etməsi ilə izah olunur. Fərq 6 desibel təşkil edir ki, bu da daha çox əhatə dairəsini və daha dayanıqlı qoşulmanı təmin etməyə imkan verir.

Router iki tezlik diapazonunda işləməklə eyni anda 20-dək qurğunun simsiz qoşulmasını təmin edir. O, "WPA3" texnologiyasını dəstəkləyir. Simli hissədə "Router 3" qurğusunun konfiqurasiyasına bir "WAN" portu və 1 Qbit/saniyə sürətini dəstəkləyən üç "LAN" portu daxildir.

Artıq qiyməti 80 avro təşkil edən "Honor Router 3" marşrutlayıcısının Almaniya, Fransa, İspaniya və Niderlandda ilkin sifarişlərin qəbuluna başlanılıb. İtaliyada isə sifarişlərin qəbuluna iyulun 24-dən etibarən başlamaq nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.