Maraqlı

Kobaltsız akkumulyator smartfonları daha ucuz və davamlı etməyə imkan verir

30 İyul 2020 08:41
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun illər olar ki tədqiqatçılar akkumulyatorların dəyərini azaltmaqla yanaşı, onların tutumunu da yüksəltməyə çalışırlar. Bu yaxınlarda amerikalı alimlər qrupu enerji sıxlığını artırmaqla yanaşı, həm də batareyaları daha davamlı və ucuz edə bilən yeni kobaltsız batareyanın hazırlanması uğurunu bölüşüblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, kobalt müasir batareyaların tərkibinə daxil olan ən bahalı minerallardan biri hesab edilir. Bir ton kobaltın standart dəyəri 28500 dollardır. Bu, nikel, manqan və alüminiumun birgə dəyərindən yüksəkdir. Bu halda kobalt litium-ion akkumulyatorlarda katodların tərkibinin 30%-ni təşkil edir.

Kobalt nisbətən ucuz nikellə əvəz edilib, indi katodun təxminən 89%-i nikeldən ibarətdir. Bu mineral sayəsində akkumulyatorun sıxlığını yüksəltmək mümkün olub ki, bu da öz növbəsində batareyanın istismar müddətinin artmasına gətirib çıxara bilər. Son nəticədə bu, bütün müasir qurğularda akkumulyatorların tutumunun artmasına gətirib çıxaracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.