Maraqlı

“Samsung” şirkəti “iPhone” üçün ən bahalı komponent hissələr tədarük edəcək

30 İyul 2020 08:59
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın "The Elec" nəşri "Samsung" şirkətinin "iPhone" modelləri üçün kamera tədarükçüsü qismində çıxış edəcəyi ilə bağlı məlumat dərc edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədarüklərə bu il başlamaq nəzərdə tutulur. "iPhone 12" modeli 6P obyektivləri ilə təchiz olunacaq, növbəti il smartfonlarda 5P və 7P kameralarından istifadə ediləcək.

Bundan başqa, məşhur analitik Minq-Çi Kuo bildirib ki, "Samsung" buraxılışı 2022-ci ilə nəzərdə tutulan şərti "iPhone 14" üçün obyektiv periskoplar istehsal edəcək. "The Elec" nəşri bu informasiyanı təsdiq edib. Beləliklə, yaxın gələcəkdə "Samsung" şirkəti "iPhone" üçün ən bahalı komplekt hissələrinin tədarükçüsü qismində çıxış edəcək. Söhbət periskop obyektivlər və "OLED" ekranlardan gedir.

Qeyd edək ki, "Apple" şirkəti kamera texnologiyası baxımından bu istiqamət üzrə bazar liderlərindən geri qalır. Bundan əlavə, şirkət bu il bütün qabaqcıl smartfonlar seriyasını "OLED" matrisaları ilə təchiz etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.