Maraqlı

Orta qulaqda COVID-19-a səbəb olan SARS-CoV-2 virusu aşkar edilib

30 İyul 2020 22:15
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tədqiqatçılar COVID-19-a yoluxan xəstələrin otopsiyası zamanı orta qulaqda və mastoiddə bu xəstəliyi törədən SARS-CoV-2 virusunu aşkar ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, Johns Hopkins Ambulator Mərkəzinin həkimi C.Metyu Stüart və həmkarları COVID-19 səbəbilə ölən 3 pasiyentin - 80 yaşlı qadın və kişi, eləcə də 60 yaşlı bir kişinin otopsiyasını tədqiq edib. Üç nəfərdən ikisinin mastoid və orta qulaq nahiyəsində SARS-CoV-2 virusu müsbət nəticə verib.

Tədqiqatçıların fikrincə, COVID-19 xəstələrinə qulaq əməliyyatı zamanı burun, ağız və hava yollarına tətbiq olunan damla prosedurları xəstəliyin tibb işçilərinə yoluxma riskini artırır. Bu səbəbdən damla prosedurları xəstələrdə ambulator şəraitdə tətbiq olunmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.