Maraqlı

Ömür uzunluğu bu orqandan asılıdır

25 İyul 2020 20:25
Baxış: 2 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son araşdırmalar göstərir ki, insanın ömür uzunluğu bağırsaqdan, daha doğrusu orada yaşayan mikroorqanizmlərdən asılıdır.

Məhz bağırsağın mikroflorası bütün orqanizmə təsir edir. Məsələn, şəkərli diabet, hipertoniya, tromboz, piylənmə və bir çox digər ciddi xəstəliklər metabolik sindromdan başlayır. Bu sindromun inkişafına isə bağırsaqların mikroflarasının pozulması təkan verir.

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, bağırsaqların sağlamlığı həmçinin immun sisteminə də ciddi təsir edir. Bağırsaqlarda yaşayan bakteriyalar ziyanlı mikrob və viruslarla mübarizə edir . Mikroflora pozulduqda immun sistemi də zəifləyir.

Bağırsaqların mikroflorasını yaxşılaşdıran qidalar bunlardır: süd məhsulları (xüsusilə qatıq, kefir), meyvə, tərəvəz, göyərti, paxlalılar, buğda kəpəyi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.