Maraqlı

“Samsung”un smartfonları pasportu əvəz edə biləcək

28 İyul 2020 06:01
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung"un smartfonları Almaniya vətəndaşları üçün pasportu əvəz edəcək. Bu layihə üçün şirkət ölkənin Federal İnformasiya Təhlükəsizliyi İdarəsi, "Bundesdruckerei" və "Deutsche Telekom Security" şirkətləri ilə birgə işləyir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tərəfdaşlar almanlara milli eyniləşdirmə vəsiqələrini smartfonlarda saxlamağa imkan verəcək təhlükəsiz sistemi işləyib hazırlayıblar. Bu imkan cari ilin sonunda istifadəçilərə əlçatan olacaq.

Məlumatların mühafizəsi aparat səviyyəsində reallaşdırılıb. "Samsung"un smartfonlarında təhlükəsizlik çipindən istifadə olunur.

Belə seçim "Samsung Galaxy S20", "Samsung Galaxy S20 " və "Samsung Galaxy S20 Ultra" modellərinin sahiblərinə əlçatan olacaq. Bu smartfonların sahibləri xüsusi proqram vasitəsilə öz ID-ni əlavə edə biləcəklər. Bunun sayəsində istifadəçilər asanlıqla dövlət xidmətlərindən istifadə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.