Maraqlı

TikTok-un amerikalı investorları servis üzərində idarəni ala bilərlər

28 İyul 2020 21:15
Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ByteDance şirkətinin amerikalı investorlardan ibarət qrupu TikTok servisi üzərində idarənin alınması üzrə şirkət rəhbərliyi ilə danışıqlar aparır. Bu barədə Business Insider saytı xəbər verib. Söhbət hələ ilkin danışıqlardan gedir. Məlumata əsasən bu, TikTok servisinin ABŞ-da bloklanmasının qarşısını almaq üçün nəzərdən keçirilən ssenarilərdən biridir.

Sözügedən müqavilədə iştirak edə biləcək investorlar arasında General Atlantic və Sequoia Capital şirkətləri ola bilərlər. TikTok-un idarə paketinin satılması barədə ilk məlumatlar hələ keçən ilin sonunda ortaya çıxmışdı. 2020-ci ilin əvvəlində məlum oldu ABŞ hökuməti TikTok servisini öz regionunda bloklamağı nəzərdən keçirdir. Bir neçə gün bundan öncə isə məlum olmuşdu ki, ABŞ hökuməti ByteDance şirkətini qara siyahıya salmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.