Maraqlı

Türkiyədə yeni PUA hazırlanıb

28 İyul 2020 22:55
Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsi Pilotsuz uçuş aparatlarının layihələrini fəal şəkildə dəstəkləyir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ölkənin yerli Nurol BAE Systems (BNA) müdafiə şirkətinin mütəxəssisləri "Alesta" pilotsuz uçuş aparatını hazırlayıblar.

BNA-nın baş direktoru Eray Gökalp "Alesta"nın parametrlərinə görə digər pilotsuz uçuş aparatlardan ciddi şəkildə fərqləndiyini bildirib:

"Yeni pilotsuz uçuş aparatı dönə bilən qanadların xüsusi konfiqurasiyasına malikdir ki, bu da ona helikopterin üstünlüklərini verir. Bu PUA-lar elektrik mühərriklə təchiz olunub, uçuş-enmə zolağına ehtiyac yoxdur və bu zaman cihaz vertolyotdan daha böyük məsafələrə uça bilər"

Gökalp qeyd edib ki, yeni pilotsuz uçuş aparatlarının sınaqdan keçirilməsinə avqust ayında başlanılacaq, seriya buraxılışı isə artıq 2021-ci ildə başlana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.