Maraqlı

“Samsung” şirkəti “Galaxy M01s” adlı yeni ucuz smartfonunu təqdim edib

23 İyul 2020 08:46
Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung" şirkəti 4000 milliamper/saat tutumlu batareya və "Helio P22" prosessoru ilə təchiz edilmiş "Galaxy M01s" adlı yeni ucuz smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğu HD təsvir ölçülü 6,2 düymlük böyükölçülü maye kristal ekran və 8 mp-lik ön kamera ilə təchiz edilib.

Arxa paneldə iki kamera (13 2 mp) və barmaq izlərinin skaneri yerləşdirilib.

Smartfon "MediaTek Helio P22" prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib. "Galaxy M01s" smartfonu "One UI Core 1.1" interfeysli "Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir, smartfon "micro-USB" portu vasitəsilə enerji toplayır.

"Samsung Galaxy M01s" smartfonu artıq Hindistanda satışa çıxarılıb və qiyməti 220 AZN təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.