Maraqlı

Yeni “MSI Modern 14” noutbukları “AMD” və “Intel” platformaları ilə təklif olunur

23 İyul 2020 08:41
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MSI" şirkəti "Modern 14" seriyalı yeni portativ kompüterlər nümayiş etdirib. "Onyx Black" və "Bluestone" rənglərində təqdim edilən noutbuklarda aparat platforması qismində "AMD" və "Intel" prosessorlarından istifadə olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, noutbuklar "Full HD" (1920 × 1080 piksel) formatlı 14 düym diaqonallı ekranla təchiz edilib. "sRGB" rəng məkanının 100 faiz əhatə olunması təmin olunur. "HDMI" interfeysi vasitəsilə görüntünü kənar monitor və ya televizorla ötürmək mümkündür.

Məlumata görə, "Intel" versiyalarına "Core i7-10510U", "Core i5-10210U" və ya "Core i3-10110U" prosessorları quraşdırılıb. Həmçinin 2 giqabaytlıq "NVIDIA GeForce MX350" və ya "GeForce MX330" diskret qrafik sürətləndiricisi mövcuddur.

"AMD" platformalı modellər isə "Ryzen 7 4700U" və ya "Ryzen 5 4500U" çipləri ilə təchiz edilib. Qrafika emalı inteqrasiya edilmiş kontroller tərəfindən həyata keçirilir.

Bütün qurğulara 32 giqabaytlıq "DDR4" operativ yaddaşı və sürətli "NVMe M.2 SSD" bərkcisimli toplayıcısı quraşdırılıb. "MSI Modern 14" noutbukları "Wi-Fi 802.11ac" və "Bluetooth 5" simsiz rabitə adapterləri, işıqlı klaviatura, "USB 3.2 Gen2 Type-C" və "USB 2.0,Type-A" portları, "microSD" slotuna malikdir.

Qabaritlər 319 × 220,2 × 16,9 mm, çəki 1,3 kq təşkil edir. Enerjini 51 kilovatt-saat tutumlu akkumulyator batareyası təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.