Maraqlı

İstifadəçilərin psixoloji durumunu izləməyə kömək edən proqram təqdim edilib

23 İyul 2020 08:31
Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstələrin psixoloji durumunu izləməyə kömək edən yeni proqram mətnin çap edilməsi vaxtı klavişlərə sıxma gücünü və yazma sürətini nəzərə alır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Kanadanın Delxauzi Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış "PROSIT" mobil proqramı həyəcan və depressiyanı aşkar edə bilər. Sözügedən tətbiq istifadəçinin öz telefonundan necə istifadə etməsini, həmçinin məşqlərin sayı, yuxunu, zənglərin sayını, mesajların tarixçəsini və musiqi zövqlərini nəzərə alır. Daha dərin tənzimləmələr də mövcuddur. Məsələn, mətnin çap edilməsi vaxtı klavişlərə sıxma gücü və yazma sürəti emosional gərginliyi ifadə edə bilər.

İstifadəçilərdən, həmçinin həftənin ən pis və yaxşı hadisələrini təsvir edən 90 saniyəlik səs yazısı yazmaq və öz hisslərini 5 ballıq şkala üzrə ifadə etmək xahiş olunur. Bu günədək təxminən 300 nəfər proqramı sınaqdan keçirib.

Tədqiqatçılar belə mobil tətbiqlərin psixoloji problemlərin həllində faydalı ola biləcəyini bildiriblər. "PROSIT" insanın psixoloji durumunu tam müfəssəl təsvir etməsə də, o, psixoloqlara seans xaricində öz pasiyentlərinin inkişafını izləməyə və daha yaxşı başa düşməyə kömək edə bilər. Bu, pandemiya zamanı xüsusilə əhəmiyyətlidir, çünki müştərilər öz həkimləri ilə canlı ünsiyyət saxlaya bilmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.