Maraqlı

Koronavirusdan sağalanlarda hansı pozuntu yaranır?

25 İyul 2020 20:40
Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan-COVID-19-dan sağalanlarda ağır immunitet problemi yaranır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, COVİD-19 virusunun yayıldığı yer sayılan Çinin Uhan şəhərində aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Virusologiya İnstitutunun alimləri bu infeksiyadan sağalan insanlarda immun sisteminin fəaliyyətində uzunmüddətli problemlər aşkar ediblər. İmmun sisitemində yaranan bu pozuntuların bir neçə ay ərzində müşahidə edildiyi qeyd edilir.

Araşdırmaçılar bildirb ki, klinik bərpadan 4-11 həftə sonra xəstələrin limfositlərində əhəmiyyətli fenotipik dəyişikliklərin izlənilməsi davam edir.

Əlavə edək ki, limfositlər-immunitetə görə cavabdeh olan qan hüceyrələridir, məsələn, HİV kimi infeksiyalar zamanı əhəmiyyətli dərəcədə az olurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.