Maraqlı

İnstaqrama TikTok-un xüsusiyyəti gəlir

21 İyul 2020 22:45
Baxış: 1 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

TikTok-un bir sıra ölkələrdə qadağan edildiyi vaxtda İnstaqram bu tətbiqin bəzi elementləri vasitəsilə auditoriyasını genişləndirmək qərarına gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkə Instagram Reels adlı xüsusiyyəti istifadəyə verəcək. Bu yenilik eynilə TikTok-dakı kimi musiqili və qısa videolar çəkməyə şərait yaradacaq. Videolar maksimum 15 saniyədən ibarət olacaq. Onları şəxsi qovluqda saxlamaq və ya hekayə bölümündə paylaşmaq mümkün olacaq.

Xatırladaq ki, İnstaqram bu xüsusiyyəti daha öncə Fransa, Almaniya, hətta ABŞ-da bir qrup istifadəçinin ixtiyarına vermiş, nəticələri təhlil edərək planlama aparmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.