Pandemiya onlayn alış-verişi aktuallaşdırdıqdan sonra Google bu sahədə İnstaqrama rəqib olan Shoploop platformasını təqdim edib.
Milli.Az ted.az-a istinadən bildirir ki, yeni elektron ticarət platforması İnstaqram hekayələrini xatırladır.
Platforma qısa videolardan ibarətdir.
Onun videolardan ibarət olması buradakı alıcı və satıcı münasibətlərini daha güvənli edir.
Google-un Area 120 komandası tərəfindən ərsəyə gətirilən platforma hazırda test mərhələsindədir. Platforma ilk dəfə ABŞ-da tətbiq ediləcək.
İlkin olaraq makiyaj və gözəllik sektorlarını əhatə edəcəyi gözlənilir.
Milli.Az