Videolardan ibarət yeni elektron ticarət platforması gəlir - Shoploop

21 İyul 2020 20:45

Pandemiya onlayn alış-verişi aktuallaşdırdıqdan sonra Google bu sahədə İnstaqrama rəqib olan Shoploop platformasını təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni elektron ticarət platforması İnstaqram hekayələrini xatırladır.

Platforma qısa videolardan ibarətdir.

Onun  videolardan ibarət olması buradakı alıcı və satıcı münasibətlərini daha güvənli edir.

Google-un Area 120 komandası tərəfindən ərsəyə gətirilən platforma hazırda test mərhələsindədir. Platforma ilk dəfə ABŞ-da tətbiq ediləcək.

İlkin olaraq makiyaj və gözəllik sektorlarını əhatə edəcəyi gözlənilir.

Milli.Az