ABŞ-ın "Twitter" şirkəti eyniadlı sosial şəbəkədə tanınmış şəxslərə və böyük şirkətlərə məxsus hesablara edilmiş müdaxiləni araşdırır. Müvafiq bəyanat iyulun 15-də şirkətin texniki dəstək xidmətinin səhifəsində dərc edilib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Twitterdə hesabların təhlükəsizliyi ilə bağlı baş vermiş hadisə haqqında məlumatımız var. Biz hazırda araşdırma aparır və fəsadları aradan qaldırmaq üçün tədbirlər görürük" - məlumatda deyilir.
Şirkətin rəhbərliyi, həmçinin hər hansı xəbər barədə məlumat verəcəyinə dair söz verib.
Milli.Az