Maraqlı

“Oppo” şirkəti 20 dəqiqə ərzində smartfonu enerji ilə tam doldurmağa imkan verən texnologiya təqdim edib

18 İyul 2020 07:01
Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sürətli enerjidoldurma texnologiyası sahəsində qabaqcıl liderlərdən biri olan Çinin "Oppo" şirkəti 125 vatt gücündə yeni enerjidoldurma texnologiyasını təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Oppo" şirkətinin yeni texnoloji həlli 20 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda smartfonun batareyasını enerji ilə tam doldurmağa imkan verir, 5 dəqiqə ərzində akkumulyator 41% enerji toplayır. Bu göstəricilər "Oppo" şirkətinə məxsus əvvəlki rekordu (30 dəqiqə ərzində tam enerjidoldurma mümkün idi) üstələyir. Şirkət yeni texnologiyanı dəstəkləyən smartfonların bazara çıxarılma müddəti haqqında hələ ki heç bir məlumat verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.