Maraqlı

“Snapdragon 865 Plus” platformalı “Xiaomi” smartfonu buraxılacaq

14 İyul 2020 08:21
Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkəti "M2007J1SC" kod adı ilə qeydə alınan qabaqcıl smartfon hazırlayır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çinin məşhur "Digital Chat Station" texnoloji bloqunun məlumatına görə, smartfon bu həftə nümayiş olunan qabaqcıl "Snapdragon 865 Plus" prosessoru ilə təchiz ediləcək. Çipə 3,1 QHs takt tezlikli bir "Kryo 585 Prime" nüvəsi, 2,42 QHs tezlikli üç "Kryo 585 Gold" nüvəsi, eləcə də 1,8 QHs tezlikli dörd "Kryo 585 Silver" nüvəsi daxildir. Bundan başqa, prosessor yüksək məhsuldarlıqlı "Adreno 650" qrafik sürətləndiricisinə malik olacaq.

Məlumata görə, yeni qurğu 120 giqaherslik yeniləmə tezlikli ekranla təchiz ediləcək. Smartfonun 6,5 düym diaqonallı "Full HD" formatlı ekrana malik olacağı gözlənilir. Həmçinin smartfon "5G" mobil şəbəkələrində işləyəcək.

Bildirilir ki, rəsmi təqdimatı avqusta planlaşdırılan qurğu artıq Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyində (Ministry of Industry and Information Technology, MIIT) sertifikasiyadan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.