Maraqlı

“Huawei” yeni smartfonunu təqdim edib

14 İyul 2020 08:11
Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Huawei" şirkəti "P40 Pro " adlı qabaqcıl smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aparat 2640x1200 piksel təsvir ölçülü 6,58 düymlük OLED displey və daxili daktiloskopik sensorla təchiz edilib. Ekranın yeniləmə tezliyi 90 hers təşkil edir. "Huawei P40 Pro " smartfonu daxili "5G" modeminə malik "Kirin 990 5G" prosessoru, 8 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz edilib. Cihaz saniyədə 2400 meqabitədək məlumat ötürmə sürətilə simsiz rabitəni təmin edən "Wi-Fi 6 " dəstəyinə malikdir.

Qabaqcıl cihazın arxa panelində 50, 8, 8 və 40 meqapiksellik və 3D sensorlu obyektivə malik "Leica" kamerası quraşdırılıb. Genişformatlı obyektiv "SedecimPixel" texnologiyasını dəstəkləyir, bunun sayəsində kameranın həssaslığı ISO 51200 göstəricisinə kimi yüksəlir. "SuperZoom" obyektivi 10 qat optik və 100 qat rəqəmli böyütməni təmin edir. Ön kameranın təsvir ölçüsü 32 mp-dir.

"P40 Pro " smartfonuna "AppGallery" proqramlar mağazası quraşdırılıb. Cihaz 40 vatt gücündə sürətli enerjidoldurma dəstəkli 4200 milliamper/saat tutumunda akkumulyatora malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.