Maraqlı

“Intel” korporasiyası olduqca sürətli “Thunderbolt” interfeysini yeniləyib

11 İyul 2020 08:05
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Intel" şirkəti olduqca sürətli "Thunderbolt" interfeysinin dördüncü nəslini təqdim edib. Yenilənmiş giriş-çıxış interfeysinin yeni nəslində az sayda təkmilləşdirmə həyata keçirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, texniki cəhətdən "Thunderbolt 4" interfeysi daha sürətli olmayıb. Həm dördüncü, həm də üçüncü nəsil məlumatların ötürülməsi üzrə eyni maksimal sürəti (40 Qbit/s-dək) təmin edir. Eyni zamanda "Intel" korporasiyası interfeysin yeni versiyası ilə işləyən sistemlər üçün minimal tələbləri yeniləyib.

İndi "Thunderbolt 4" interfeysinə malik kompüterlərə 4K təsvir ölçülü ən azı iki kənar monitor qoşmaq olar, halbuki "Thunderbolt 3" interfeysində bu göstərici 1-ə bərabərdir. "PCIe" protokolu üzrə qoşulmanın sürəti 2 dəfə (32 Qbit/s-dək) yüksəlib, deməli, kənar SSD daşıyıcıları indi daha sürətli işləyəcək. "Thunderbolt 4" interfeysi ilə təchiz edilmiş noutbuklarda portlardan ən azı biri akkumulyatorun enerji ilə doldurulması üçün istifadə ediləcək.

"Thunderbolt 4" interfeysində, həmçinin yaddaşa birbaşa müdaxilə tipli hücumlara qarşı daxili müdafiə vasitəsi reallaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.