Maraqlı

Ukraynalılar Zelenskiyə üz tutdu: “Xahiş edirik, ölkəmizdə 5G...”

9 İyul 2020 22:10
Baxış: 1 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada 5G-nin qadağan olunması haqqında petisiya nəzərdən keçiriləcək. Petisiyanın müəllifləri və onu imzalayan vətəndaşlar hesab edirlər ki, yeni mobil rabitə texnologiyası sağlamlığa mənfi təsir göstərəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, Ukrayna ərazisində 5G-nin qadağan edilməsi haqqında petisiya artıq 25 min səs toplayıb.

Ərizənin müəllifi Yulianna Qordey 5G-nin insan sağlamlığana mənfi təsir göstərdiyinə inanır.

"Xahiş edirik bu rabitə növünün təhlükəsizliyi üzrə klinik cəhətdən təsdiqlənmiş sübut bazası olmadan onu ölkəmizdə tətbiq etməyəsiniz!" - deyə Y.Qordeyin hazırladığı petisiyada deyilir.

Qaydalara əsasən, təxminən iki həftə ərzində petisiya Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən nəzərdən keçirilməlidir.

Qeyd edək ki, 5G texnologiyası bir çox konspiroloq tərəfindən 2020-ci ilin əvvəlindən başlayaraq koronavirusun yayılmasına kömək edən vasitə kimi qələmə verilir və insanları radiasiya ilə şüalandırdığı deyilir. Hazırda bu məsələ azərbaycanlılar tərəfindən də geniş müzakirə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.