Yenilənmiş Bentley Bentayga modeli təqdim edilib - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2015-ci ildən bəri istehsal olunan Bentley Bentayga krossoveri uğurlu olub - bu günə qədər krossover 20 minlik tirajla satılıb. Bu uğuru davam etdirmək üçün Bentley şirkəti modelin genişmiqyaslı yenilənməsini həyata keçirib. Yenilənmiş Bentayga son nəsil Continental GT və Flying Spur modelləri ilə eyni dizayn üslubuna malik olub. Bundan başqa, avtomobilin interyerini də yenilənib, avadanlıq siyahısına yenidən baxılıb.
Şirkətdən yenilənmiş Bentley Bentayga modelinin markanın yeni dizayn dilini nümayiş etdirdiyini bildiriblər. Krossover tamamilə başqa ön və arxa hissəyə malik olub. Bununla belə, bu dəyişikliklər aerodinamik müqavimət əmsalına və yerəbasma gücünə təsir göstərməyib, əksinə krossoverin görünüşü "daha müasir və dinamik" hala gəlib.
Milli.Az autograph.az-a istinadən bildirir ki, ön hissədə diqqəti çəkən əsas element "matrisa" radiator barmaqlığıdır: barmaqlıq daha geniş olub və geriyə doğru mailliyi azaldılıb ki, bu da kapotun kənarını dəyişdirməyə və lazımsız birləşmədən qurtulmağa imkan verib. Yeni oval formalı ön fənərlər "büllur" içliyə sahib olub və 30 millimetr daha yuxarıda yerləşdiriliblər.
Yenilənmiş Bentayga modelinin fənərləri matrisaldırlar və bir blokda 82 LED modula və üç rejimə (şəhər, şəhərıtrafı yollar və sürətli magistrallar üçün) malikdirlər. Fənərlər işıqlandırma şəraitinə uyğunlaşır və yaxınlaşan sürücülərin gözlərini qamaşdırmamaq üçün müəyyən əraziləri tündləşdirə bilir.
Arxada Continental GT modelindəkinə bənzəyən fənərlər peyda olublar, arxa nömrə nişanının çərçivəsi baqaj qapağından arxa bamperə keçirilib. Firma qanadlarının yanında Bentley yazısı peyda olub. Səsboğucu sistemin borularının və spoylerin forması da dəyişdirilib. Krossoverin arxa təkər izi 20 millimetr artıb. Bundan əlavə, modeldə ilk dəfə olaraq hər birində 22 ədəd qızdırılan forsunka olan şüşəsilən quraşdırılmışdır.
Avtomobilin rəng palitrasına iki yeni çalar əlavə olunub: EXP 10 Speed 6 konseptinin rənginə əsaslanan yaşıl Viridian və krem rəngli Patina. Yenilənmiş Bentayga modelinin salonunda praktik olaraq hər şey dəyişdirilib. Ən nəzərə çarpan dəyişikliklər arasında yeni qapı kartları, sükan çarxı, oturacaqlar, digər ön panel və virtual cihazlar panelinin qrafikası vardır.
10,9-düymlük sensorlu ekranı olan multimedia sistemi artıq Apple CarPlay və Android Auto tətbiqlərini simsiz olaraq dəstəkləyir, üstəgəl USB-C portları və siqnal gücləndiricisi olan smartfonların induksion doldurulması sistemi ilə təchiz olunmuşdur.
Bundan əlavə, krossoverin avadanlıqlar siyahısına naviqasiya, proyeksiya displeyi, Flying Spur modelində olduğu kimi arxa sərnişinlər üçün əyləncə sistemi, 20 dinamiki və altı səs profilli olan 1780 vatlıq Naim səs sistemi daxildir.
İlkin mərhələdə, yenilənmiş Bentley Bentayga modeli 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 turbomühərriki və 8-pilləli avtomatik transmissiya ilə təklif ediləcəkdir. Belə krossover 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 290 km/saatlıq maksimal sürət həddinə malikdir. Sonradan krossoverin hibrid güc qurğusu ilə təchiz edilmiş Bentayga Hybrid modifikasiyası və 6,0-litrlik W12 mühərriki ilə hərəkətə gələn "bərkgedən" Bentayga Speed versiyası təklif ediləcəkdir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: Dayım mənənə dəstək olmur" - (Video)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
XƏBƏR LENTİ
-
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı - Bu dərmanlar satışdan kənarlaşdırıldı
-
Seneqalın ulduzu: “Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”
-
İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib
-
Ağadadaş Ağayevin müğənni bacısı oğlu: Dayım mənənə dəstək olmur" - (Video)
-
İyulun əvvəlində şans bu bürclərin üzünə güləcək
-
İyulun 12-də qəbul imtahanı verəcək abituriyentlərin nəzərinə!
-
Neftimiz ucuzlaşdı
-
Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - (Foto)
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
“Sabah” Kurasao millisinin futbolçusunu transfer etdi
-
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib - (Foto)
-
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - (Foto)
-
Məşhur aktyorun xanımı ilə fotolarını süni intellektə bənzətdilər - (Fotolar)
-
Kriptovalyuta bazarında yüksəliş: "Bitcoin" 106 min dolları keçdi
-
Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyətlərindən danışdı
-
Pulunu avroya dəyişdirmək istəyənlərin nəzərinə
-
Türkiyədə bir gündə 20 zəlzələ
-
Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
-
2 iyul Azərbaycanda Polis Günüdür
-
Xalq artisti qızına 2 gün toy edəcək - (Foto)
-
İstanbulda güclü yanğın: Yaralılar var - (Foto)
-
Gəncədə azyaşlı xəstəxanada öldü





