Gəlir vergisi tutulmayan ölkələr hansılardır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi ölkələrdə vergi dərəcələri yüksək olsa da, digərilərində ayrı-ayrı vergilər ümumiyyətlə tutulmur. Bunlardan biri gəlir vergisidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gəlir vergisinin tutulmadığı ökələr bunlardır:
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) adambaşına ən yüksək gəlir düşən ölkələrdən biri olmasına baxmayaraq, vətəndaşlar vergi ödəmirlər. BƏƏ-də nə gəlir vergisi, nə də ƏDV var. Eləcə də şirkətlər də mənfəət vergisi ödəmir. Lakin, sözügedən ölkədə alkoqollu içkilərə görə 50 faizlik vergi mövcuddur.
Qətər - dünyada ən varlı ölkələrdən biri sayılır, hansı ki, maye və təbii qaz infrastrukturunun qurulmasına və ixracına böyük vəsaitlər xərcləyib. Bu ölkədə gəir vergisi, eləcə də mənfəətlə bağlı digər vergilər yoxdur. Qətər sakinləri yalnız sosial sığorta ödənişləri və idxal mallarına görə 5 faizlik dolayısı vergi ödəyirlər.
Oman sultanlığı da Yaxın Şərqin digər ölkələri kimi əsasən neft satışı hesabına gəlir əldə edir. Oman sakinləri nə gəlir vergisi, nə də mənfəətdən tutulan vergini ödəməsələr də, yalnız öz əməkhaqqlarından 6,5 faiz tarifi ilə aylıq sosial sığorta ödənişləri ödəyirlər. Omanda təkcə daşınmaz əmlak alqı-satqısı zamanı vergi tutulur.
Küveyt dünyada neft ixracına görə 6-cı yerdə qərarlaşıb, bu ölkə büdcəsinin 95 faizi neft satışından əldə olunan gəlirlər təşkil edir. Küveyt adambaşına düşən gəlirlərə görə dünyada ən yüksək göstəriciyə malik olan ölkələrdən biridir. Küveyt sakinləri heç bir vergi ödəmirlər, bu ölkədə yalnız sosial sığorta ödənişləri tutulur.
Kayman adaları - bura həqiqətən əsl "vergi cənnəti" sayılır. Burada ümumiyyətlə, hər hansı bir vergi növü - nə gəlir vergisi, nə mənfəətdən tutulan vergi, nə ƏDV, nə də məcburi sığorta ödənişləri var. Yeganə bir vergi növü - idxal mallarına yönəldilən və 25 faiz tarifinə qədər çata bilən dolayısı vergi mövcuddur.
Bəhreyndə də gəlir vergisi və mənfəətdən heç bir vergi tutulmur. Bu ölkənin büdcəsi "Abu-Safa" neft yatağından əldə olunan neftin hesabına doldurulur. Bəhreyn sakinləri yalnız məcburi sosial sığorta ödənişləri edirlər və daşınmaz əmlaka görə vergi ödəyirlər. Əcnəbilər isə Fars körfəzində əmlak icarəsinə görə də vergi ödəməli olurlar.
Bermud adaları Böyük Britaniyanın ərazisi hesab olunur. Bura dünyanın ən varlı ölkələrindən biri hesab olunur. Vergi sisteminin cazibədarlığı adaya bir çox beynəlxalq şirkətləri cəlb edir, hansı ki, bura onlar üçün əsl vergi cənnəti sayılır. Rəqəmlər özləri özlüyündə hər şeyi deyir. Belə ki, ölkə vətəndaşlarının iyirmi faizini onun hüdudlarından kənarda doğulanlar təşkil edir. Baxmayaraq ki, adada heç bir gəlir vergisi və mənfəətdən tutulan vergi növü mövcud deyil, sakinləri sosial sığorta ödənişləri və ya əməkhaqqı fonduna köçürmələr etməyə məcbur edə bilərlər. Bundan əlavə, Bermud adaları sakinləri daşınmaz əmlaka və mirasa görə də vergi ödəyirlər.
Baham adalarında iqtisadiyyat başlıca olaraq turizmdən asılıdır, burada da gəlir və mənfəət vergisi yoxdur. İşçilər yalnız sosial sığorta ilə bağlı müxtəlif ödənişlər edirlər. Ölkə büdcəsinin demək olar ki, 70 faizi idxala görə tətbiq edilən gömrük rüsumlarından formalaşır. Sakinlər yalnız daşınmaz əmlaka görə vergi ödəyirlər.
Monako knyazlığında vergilər hələ XIX əsrdə ləğv edilib. Yalnız Fransa vətəndaşları istisna təşkil edirlər. Onlar 1957-ci ildən başlayaraq gəlir vergisi ödəyirlər. Bu ölkədə kapital artımına və daşınmaz əmlaka görə də vergilər yoxdur.
Avropada cırtdan ölkələrdən biridir, vergi sistemində gəlir vergisi və ƏDV ümumiyyətlə, yoxdur. Ölkə ÜDM-nin 80 faizi turizmdən daxil olan gəlirlərdən formalaşır. Hər il bu ölkəni 9 milyon turist ziyarət edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
XƏBƏR LENTİ
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki





