Maraqlı

Xiaomi və MediaTek birlikdə xüsusi mobil prosessor üzərində çalışırlar

4 İyul 2020 08:25
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlarda Xiaomi smartfonlarında daha çox MediaTek şirkətinin istehsalı olan prosessorlardan istifadə olunur. Yeni məlumata əsasən hər iki şirkət öz əməkdaşlıqlarını davam etdirməklə yanaşı həmçinin birgə yeni prosessor da yaratmağı planlaşdırırlar. Bu barədə Gizmochina saytı xəbər verib. Redmi Note 8 Pro modeli MediaTek Helio G90T prosessoru, Redmi 10X modeli MediaTek Dimensity 820 prosessoru, dünən təqdim edilmiş Redmi 9A və Redmi 9C modelləri isə MediaTek Helio G25 və Helio G35 prosessorları ilə təchiz olunurlar. Son məlumat sızıntısına əsasən təqdim olunacaq Redmi K40 smartfon modeli həmçinin Dimensity 1000+ prosessoruna sahib olacaq.

Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Xiaomi şirkəti MediaTek-in yeni prosessorlarından istifadə üzrə eksklüziv hüquqları əldə edib. Bununla yanaşı insayder qeyd edib ki, MediaTek şirkəti Xiaomi ilə birlikdə xüsusi prosessor üzərində çalışır və həmin prosessor Xiaomi smartfonları üçün nəzərdə tutulacaq. Təəssüflər olsun ki, iki şirkətin əməkdaşlığı çərçivəsində hazırlanan prosessorun texniki özəllikləri barəsində heç bir məlumat yoxdur. Həmçinin hazırlanan prosessorun tamamilə yeni prosessor olacağı və ya artıq mövcud olan prosessorlardan birinin təkmilləşdirilmiş versiyası olacağı bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.