Maraqlı

Feysbuk və İnstaqram mədəni irs obyektlərinin ticarətini qadağan etdi

30 İyun 2020 21:55
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk və İnstaqram mədəni irs obyektlərinin ticarətini qadağan edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, mədəni irsin müşahidə orqanı (Athar) və BBC mədəni irs obyektlərinin ticarəti ilə məşğul olan hesabların sayını məhdudlaşdırmaq üçün platformalara müraciət edib.

Müraciətdə qeyd olunur ki, keçən il Athar təşkilatı "Feysbukun qara bazarı" adlı hesabat yayımlayıb. Araşdırmaya əsasən, Yaxın Şərq və Şimali Afrikanın mədəni irs obyektlərinin qanunsuz satışının böyük hissəsi Feysbuk və İnstaqram vasitəsilə keçirilir.

Pandemiya və karantinlə əlaqədar olaraq mədəni obyektlərin mühafizə səviyyəsi aşağı düşüb ki, bu da oğurluq faktlarının sayını artıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.