Maraqlı

Çində "uçan" qatarlar sınaqdan keçirilir

25 İyun 2020 08:21
Baxış: 1 557
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində yerə toxunmadan havada hərəkət edən maqnit yastığı üzərində işləyən qatarın sınaqlarına başlanılıb. Layihə "CRRC Qingdao Sifang Co" şirkəti tərəfindən Şanxayda işə salınıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çində 600 km/saat layihə sürəti ilə maqnit yastığı üzərində hərəkət edən qatar prototipinin sınaqlarına başlanılıb. Qatar yerə toxunmadan havada hərəkət edir. Tədqiqatçılar sınaq nümunəsini müxtəlif iş rejimlərində kompleks yoxlayıblar. "CRRC Qingdao Sifang" şirkətinin nümayəndəsi bildirib ki, bu hadisə yüksəksürətli levitasiyalı nəqliyyat sisteminin hazırlanmasında böyük bir irəliləyişi ifadə edir.

Bəzi konstruktiv xüsusiyyətləri sayəsində maqnit yastığı üzərində işləyən levitasiyalı qatar hərəkət zamanı çox az səs çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.