İlin ilk Günəş tutulması başlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşir.
Milli.Az APA-ya istinadən bildirir ki, ilin ilk Günəş tutulma hadisəsi saat 07:46-da başlayıb.
Günəş tutulması saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Bu təbiət hadisəsi 5 saat 48 dəqiqə davam edəcək.
Günəş tutulması Afrika, cənub-şərqi Avropa və Asiyada müşahidə olunacaq. Tutulmanın həlqəvari fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla Afrikanın bir hissəsindən, cənubi Pakistan, şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar həlqə görəcəklər.
Azərbaycan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq.
Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və bu proses 2 saat 18 dəqiqə davam edəcək.
Qeyd edək ki, 2020-ci ildə növbəti Günəş tutulması dekabrın 14-də baş verəcək və bu tutulma tam Günəş tutulması olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Baş nazir vacib qərar imzaladı
-
Nobel Sülh mükafatının qalibi açıqlandı - (Foto)
-
Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək
-
Sabah Bakıda intensiv yağış yağacaq
-
İkardi rəsmən boşandı
-
Kliçko Kiyevi tərk etməyi məsləhət gördü
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Xuraman Əlizadə: “Qohumlarım görür, donuz, "kaşalot", balina niyə yazırsınız?" - (Video)
-
"Neftçi" "Sabah"a qarşı
-
Azərbaycan dondurma istehsalı artıb
-
İnsanların gözü qarşısında edam ediləcək - 90 il sonra ilk
-
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak edib - (Foto)
-
DİM-də yeni təyinatlar - Məleykə Abbaszadə əmr imzaladı - (Foto)
-
Zaurun oğlu ilə maraq yaradan Videosu
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı





