Maraqlı

Bitcoin şəbəkəsində “qəribə” tranzaksiya

20 İyun 2020 23:35
Baxış: 1 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 20-si bitcoin şəbəkəsində "qəribə" tranzaksiya baş verib. Məsələ ondadır ki, həmin gün 2009-cu ildə mayninq edilən və 11 il tərpənməz qalan 50 BTC dəyərinə köçürmə həyata keçirilib. Tranzaksiya 40 və 10 BTC-yə bölünməklə həyata keçirilib. Daha kiçik bir hissəsi bitcoin-mikserə göndərilib. BTC-nin bir hissəsi Coinbase birjasına və CoinPayments ödəniş platformasına köçürülüb.

2009-cu ildən hərəkətsiz qalan 50 BTC-nin hərəkətə gəlməsi kripto-cəmiyyəti həyəcanlandırdı. Çünki bu bitcoinlər blockchain işə düşdükdən cəmi bir ay sonra mayninq edilib. O dövrdə isə yalnız bir neçə nəfər mayninq ilə məşğul idi və onlardan biri ilk kriptovalyutanın yaradıcısı Satoshi Nakamoto idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.