Maraqlı

İndiyədək bunu səhv etmisiniz — Ekspert smartfonun enerji yığma qaydalarını açıqladı

23 İyun 2020 23:45
Baxış: 3 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Telefonun uzun müddət işləməsi üçün cihazın düzgün enerji yığmasını təmin etmək lazımdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, IVEStore şirkətinin baş mühəndisi Andrey Zelyonıy smartfonun enerjini necə yığmalı olduğunu açıqlayıb.

"Telefonun uzun müddət xidmət etməsini istəyirsinizsə, qacetin avtomobildə siqaret yandırmaq üçün nəzərdə tutulan çıxışdan enerji yığmasından uzaq durmalısınız", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, bu halda təzyiq sıçrayışlarına görə, telefon çox enerji yığa bilər.  

Ekspert xəbərdarlıq edib ki, avtomobilin mühərrikini yandırarkən və ya söndürərkən telefonu enerji yığdığı vəziyyətdə saxlamaq məsləhət görülmür, çünki smartfon batareyası tamamilə boşaldıla bilər.

Mütəxəssis, həmçinin xatırladıb ki, telefonu enerji mənbəyinə qoşarkən günəş işığı altında saxlamaq olmaz, əks halda akkumulyator qıza bilər. Batareyanın çox qızması qəzaya səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.