Maraqlı

Qalaktikamızda 30-dan çox sivilizasiyanın mövcudluğu ehtimal olunur

20 İyun 2020 22:40
Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər uzun illərdir ki, Yerdən kənar sivilizasiyaların mövcudluğu axtarışındadırlar. Britaniya astrofizikləri Süd yolu qalaktikamızda intellektə malik neçə sivilizasiyanın mövcud ola biləcəyini hesablayıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, öz hesablamalarında alimlər ən yeni astronomik məlumatları rəhbər tutub və bir çox parametrləri nəzərə alıblar. İntellektli sivilizasiyalar anlayışı altında mütəxəssislər texnoloji baxımdan inkişaf etmiş cəmiyyətləri nəzərdə tuturlar.

Tədqiqatlara əsasən, 4-dən 211-ə qədər belə sivilizasiyanın mövcudluğu ehtimal olunur. Lakin alimlər 36 planetdə sivilizasiyanın mövcudluğunu daha həqiqətə uyğun hesab edirlər.

Şüurlu varlıqların yaşaya biləcəyi kosmik cismlərə qədər olan məsafə ən azı 17 min işıq ili təşkil etdiyi düşünülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.