Maraqlı

Feysbuk seçkiləri nəzarətdə saxlayacaq

20 İyun 2020 22:50
Baxış: 1 251
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk Amerika vətəndaşlarını ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqəli xəbərdar etmək üçün bir sıra yeniliklərə imza atıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət xüsusi kampaniya ilə yanaşı, siyasi reklamların söndürülməsi üçün funksiyanı tətbiq edəcək

Şirkət rəhbəri Mark Zukerberq kampaniyanın 4 milyon insanın səsvermə zamanı qeydiyyatdan keçməsini təmin etmək məqsədi ilə yaradıldığını deyib.

O bildirib ki, Feysbuk xüsusi məlumat mərkəzi yaradaraq istifadəçilərə tam həqiqəti əks etdirəcək informasiyanı təqdim edəcək. Məlumat mərkəzi onlara nə vaxt və necə səs verə biləcəkləri barədə məlumat verəcək.

Qeyd edək ki, yeni funksiya Feysbuk və İnstaqramda əsas səhifənin üzərində yerləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.