Maraqlı

Huawei bu şirkəti geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı oldu

18 İyun 2020 08:15
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2018-ci ildə Huawei Apple şirkətini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı statusuna yaxınlaşmaqda daha bir addım atmışdı. ABŞ-dan olan sanksiyalar və koronavirus pandemiyası şirkətin planlarında dəyişikliklər etsə də, o öz məqsədinə çata bildi. Bu tarixi nailiyyət barəsində Counterpoint Research şirkəti xəbər verib. Counterpoint Research şirkətinin hesabatına əsasən bu ilin aprel ayında Huawei şirkəti Samsung da daxil olmaqla hər bir digər istehsalçıdan daha çox smartfon istehsal edib.

Qeyd etmək lazımdır ki, Samsung şirkəti uzun illər ərzində bu mövzuda liderliyi əlində saxlayırdı. Beləliklə aprel ayında Huawei şirkətinin smartfon bazarındakı payı 19% təşkil etmişdi. Samsung şirkətində isə bu göstərici 17% idi. Təəssüflər olsun ki, ikinci rüb üzrə yekun göstəricilər barəsində hələ məlumat yoxdur. Mütəxəssislərin fikirlərinə əsasən məhz koronavirus pandemiyası sayəsində Huawei şirkəti Samsung-u geridə qoya bildi.

Məsələ burasındadır ki, aprel ayında bir çox regionlarda karantin səbəbilə mağazaların bağlanması öz növbəsində Samsung-un satışlarına ciddi təsir göstərdi. Həmin ərəfədə Çinin iqtisadiyyatı yenidən bərpa olunmağa başladı və Huawei şirkətinin satışları əvvəlki templərinə qayıtdılar. Burda həmçinin çinlilərin vətənpərvərlikləri də böyük rol oynayır. Belə ki, ABŞ hökuməti tərəfindən Huawei şirkətinə qarşı olan sanksiyalardan sonra çinlilər əsasən Huawei məhsullarına üstünlük verərək öz ölkələrinin yerli istehsalçısını dəstəkləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory