Maraqlı

YouTube-da videonu bu üsulla reklamsız izləyə bilərsiniz

16 İyun 2020 08:21
Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

URL-ə sadəcə bir simvol əlavə edin.

Youtube-da reklam olmadan və abunə haqqı ödəmədən video izləmək üçün çox sadə bir yol aşkarlanıb. Məlumdur ki, məşhur YouTube xidməti hazırda pullu istifadəçilərə reklamsız videoları izləmək imkanı verir.

Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkə istifadəçilərindən biri Youtube-da reklamı söndürməyin çox sadə və təsirli üsulunu, yəni boşluq aşkarlayıb.

Bu üsul olduqca sadədir. Video URL-ə sadəcə nöqtə simvolu əlavə etmək lazımdır. Domendən sonra nöqtə əlavə edilməlidir. Məsələn,

Bu sadə üsul videonu "kəsən" reklam yazıları da daxil olmaqla, bütün reklamlardan yaxa qurtarmağa imkan verir. Bu üsul həm kompüter, həm də mobil cihazlarda olduqca yaxşı işləyir.

Düzdür bu zaman mobil cihazda sayt ekranın masaüstü versiyasına keçməlisiniz.

Bu üsulla bağlı video izləmək artıq Reddit-də 4.8 mindən çox bəyənmə və 455 şərh toplayıb.

Aydındır ki, Youtube və Google komandası istifadəçi tərəfindən tapılan bu üsulu( boşluğ) yaxın gələcəkdə bağlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.