Maraqlı

Tesla-dan 12 nəfərlik elektrokar anonsu

11 İyun 2020 21:10
Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elektrikli avtomobil bazarında önəmli yerə sahib Tesla şirkəti maraqlı açıqlama ilə gündəmə gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət mühəndisləri ən azı 12 nəfər tutuma sahib elektrokar üzərində çalışırlar.

Bu avtomobilin Elon Musk-ın nəqliyyat vasitələrinin hərəkətini tunellər vasitəsilə təmin etməyi planlaşdıran digər şirkəti Boring Company-nin sözügedən layihəsi çərçivəsində istehsal olunacağı qeyd olunur.

Avtomobilin dizaynı hələ dəqiqləşməyib. Modelin istehsalının ən azı 2 il çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Tesla-nın hazırda satışda olan ən böyük modeli 7 nəfərlik Model X-dir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.