Maraqlı

Britaniya Müdafiə Nazirliyində kiberalay yaradılıb

11 İyun 2020 08:21
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Müdafiə Nazirliyi rəqəmli hücumlardan mühafizəyə görə məsuliyyət daşıyan Britaniya Silahlı Qüvvələrinin Kral Rabitə Korpusunun tərkibində 13-cü Siqnal alayı yaradıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni bölmə ölkədə və xaricdə əməliyyatların aparılması zamanı həyati əhəmiyyətli hərbi şəbəkələrin qorunması ilə məşğul olacaq.

"Bu, informasiya müharibəsinə hazır Böyük Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsində yeni addımdır. Kiberhücumlar fiziki döyüş meydanında rast gəlinən hücumlar kimi ölümcül olub. Buna görə də biz istənilən təhlükə mənbəyindən hücumlara hazır olmalıyıq və 13-cü Siqnal alayı bu mühafizəyə həyati əhəmiyyətli əlavədir", - Britaniya Müdafiə naziri Ben Uolles bildirib.

Xüsusiləşmiş bölmə yeni Ordu İnformasiya Təhlükəsizliyi üzrə Əməliyyatlar Mərkəzinin əsasını təşkil edərək onun domen mühafizəsinə xüsusi diqqət yetirəcək və bütün hərbi rabitə şəbəkələrinin təhlükəsizliyinin təmini üçün Kral Hərbi Dəniz Qüvvələri və Kral Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.