Maraqlı

“Linux” fərdi kompüter əməliyyat sistemləri bazarında populyarlaşır

11 İyun 2020 07:41
Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Netmarketshare" analitik şirkəti əməliyyat sistemi və veb-brauzerlərin yayılmasını əks etdirən aylıq hesabat təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hesabata görə, "Windows 10" fərdi əməliyyat sistemləri bazarında lider olaraq qalır. Əməliyyat sistemi bu yaxınlarda 57,34 faizdən 56 faizədək azalma ilə üzləşdikdən sonra bazar payını artırmaqla yanaşı, mayda onu 57,83 faizədək artırıb.

"macOS" əməliyyat sisteminin payı 9,75 faizdən 9,68 faizədək cüzi azalmaqla nisbətən stabil qalıb.

Apreldə payını 2,87 faizədək, mayda 3,17 faizədək artıran "Linux" əməliyyat sistemi isə artıq bir neçə aydır ardıcıl artım nümayiş etdirir. Bunun əksər texniki dəstək xidmətlərinin məsafədən işə keçməsi və ev kompüterlərinə "Linux" sistemini quraşdırması ilə əlaqədar olması ehtimal edilir.

Masaüstü brauzerlər bazarına gəldikdə, mayın yekunları üzrə "Chrome"un payında 69,81 faizdən 70 faizədək cüzi artım müşahidə olunur. "Edge" brauzeri də payını 7,76 faizdən 7,86 faizədək artırıb. Lakin "Firefox"un populyarlığı 7,25 faizdən 7,23 faizədək azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.