Maraqlı

iPhone istifadəçilərinin nəzərinə: Saxta tətbiqlər aşkarlandı

9 İyun 2020 22:25
Baxış: 1 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AppStore-də 3 fırıldaqçı VPN proqram aşkar edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, keyfiyyətsiz işləyən bu ödənişli proqramlar üçün abunənin qiyməti də yüksəkdir. Onlar arasında Buckler VPN, Hat VPN və Beetle VPN-in də adı var. Quraşdırmadan sonra istifadəçiyə bu mobil tətbiqlərə 3 günlük ödənişsiz giriş icazəsi verilir. Sınaq müddəti bitdikdən sonra isə hesabından həftəlik 10 dollar pul çəkilir.

Mütəxəssislər iPhone istifadəçilərinə mobil tətbiqlər üçün abunə qiymətlərinə diqqət yetirməyi və hesablarından nə qədər pulun çıxarıldığını izləməyi tövsiyə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.