Maraqlı

Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

6 İyun 2020 08:15
Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq beynəlxalq standart kimi qəbul edilmiş USB Type-C girişinə keçid məsələsində Apple şirkətinin inadkarlığına baxmayaraq yaxın zamanda bu vəziyyət dəyişə bilər. İnsayderlərin verdikləri məlumatlara əsasən Apple şirkəti artıq bu il iPad Pro ilə yanaşı digər cihazlar seriyasını da USB Type-C girişi ilə təchiz edəcək. Bundan əlavə olaraq internetdə yeni iPad modeli barəsində məlumat da ortaya çıxıb.

Bu barədə Macrumors saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən şirkət özünün iPad Air planşet seriyasında Lightning girişindən imtina etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, yeni iPad Air modeli 11 düym ekrana sahib iPad Pro əsasında hazırlanacaq və onun təqdimatı bu ilin ikinci yarısında baş tutacaq.

Daha bir proqnoz ilə məşhur analitik Ming-Chi Kuo da bölüşüb. Belə ki, o qeyd edib ki, Apple şirkəti 10.8 düym ekrana sahib olacaq daha bir iPad modeli üzərində çalışır. Lakin sözügedən iPad modelinin tam adı qeyd olunmayıb. Məlumata əsasən hazırlanan yeni iPad modeli mini-LED ekrana və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.