Maraqlı

“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

4 İyun 2020 08:01
Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MSI" şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan "Creator 15" portativ kompüterini nümayiş etdirib. Yeni qurğunun əsasını "Intel Comet Lake" aparat platforması təşkil edir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tətbiq edilən "Core i7-10875H" prosessorunun tərkibinə eyni anda 16-dək təlimat axınını emal edən səkkiz hesablayıcı nüvə daxildir. Əsas maksimal takt tezliyi 2,3 QHs, maksimal 5,1 QHs təşkil edir.

Noutbuk 15,6 düym diaqonallı displeylə təchiz olunub. Böyük versiya 3840 × 2160 piksel təsvir ölçülü "4К" panelə və "Adobe RGB" rəng məkanını 100 faizlik əhatə imkanına malikdir. Bundan başqa, "Full HD" (1920 × 1080 piksel), o cümlədən sensorlu idarəetmə dəstəkli modifikasiyalar mövcuddur.

"DDR4-3200" operativ yaddaş tutumu 64 giqabayta bərabərdir. Həmçinin "М.2" form-faktorlu iki bərkcisimli toplayıcını quraşdırmaq mümkündür.

Noutbuk daktiloskopik skaner, "Wi-Fi 6" (802.11ax) və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, ağ işıqlandırmaya malik klaviatura, 2 vatlıq dinamikə malik audiosistem, "USB 3.2 Gen2 Type-C", "USB 3.2 Gen 2 Type-A", "HDMI" və "RJ45" portları daxildir.

Portativ kompüterin ölçüsü 358,3 × 248 × 18,3-19,8 millimetr, çəkisi 2,1 kiloqram təşkil edir. Enerjini 99,9 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.