Maraqlı

Danimarka bərpa olunan yanacaq zavodu qurmağı planlaşdırır

31 May 2020 22:25
Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Copenhagen Airports", "A.P. Moller-Maersk", "DSV Panalpina", "DFDS", " SAS" və "Ørsted" şirkətləri Danimarkada avtomobillər, hava və dəniz nəqliyyatı üçün bərpa olunan ekoloji yanacaq istehsalı üçün zavod yaratmaq layihəsini planlaşdırır.

Milli.Az seanews.az-a istinadən bildirir ki, Kopenhagendə yerləşəcək zavodun 2030-cu ilə qədər hər il 250 min ton yanacaq istehsal edəcəyi təxmin edilir. Elektrolizatorun hidrogen istehsal etmək gücü 1,3 GVt olacaq. Bu, CO2 tullantılarının təxminən 850 min ton azalmasına xidmət edəcək.

Layihə üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələnin 2023-cü ilə qədər istismara verilməsi planlaşdırılır. Bu mərhələ avtobus və yük maşınları üçün bərpa olunan hidrogen istehsal edən 10 MVt gücündə elektrolizatordan ibarət olacaq.

İkinci mərhələdə 2027-ci ilə qədər dəniz-külək qurğuları vasitəsilə enerji ilə təchiz edilmiş 250 MVt gücündə ikinci elektrolizatorun istismara verilməsi planlaşdırılır. Elektrolizator bərpa olunan hidrogen, metanol və reaktiv yanacaq istehsal edəcək.

Üçüncü mərhələdə 2030-cu ilə qədər dəniz-külək qurğusunun bütün potensialı reallaşdığı təqdirdə, stansiyanın tam gücü 1,3 GVt-a çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.