Maraqlı

Hind okeanı dərinliklərindəki tektonik plitə parçalanıb

30 May 2020 08:11
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hind okeanının dərinliklərində yerləşmiş Hind-Avstraliya litosfer plitəsinin iki hissəyə bölündüyü məlum olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Geophysical Research Letters" jurnalında dərc edilmiş tədqiqatda məlumat verilir. Alimlər bu prosesi 2012-ci ildə İndoneziya ərazisində iki güclü zəlzələ baş verdikdən sonra müşahidə etməyə başlayıblar.

Tədqiqatçıların hesablamalarına görə, plitə ildə təxminən 1,7 millimetr sürətlə çatlayır. Başqa sözlə, milyon il sonra çatlamış yerin dərinliyi 1,7 kilometr təşkil edəcək.

Qeyd edək ki, Yaxın Şərqdə Ölü dənizdə mövcud olan qırılma bundan təxminən iki dəfə, Kaliforniyadakı San-Andreas qırılması isə 10 dəfə daha sürətli artır.

Hind-Avstraliya litosfer plitəsinin on milyonlarla il sonra tamamilə parçalanacağı güman olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.