Maraqlı

SpaceX Falcon 9-u kosmosa göndərə bilmədi – SƏBƏB

30 May 2020 08:21
Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SpaceX şirkəti NASA-nın dəstəyilə uzun müddətdir, hazırlıq apardığı kosmosa ilk özəl uçuşu həyata keçirə bilməyib.

Milli.Az ted.az-a istinadən bildirir ki, pis hava şəraiti buna mane olub.

Qeyd edək ki, şirkət uzun illərdir, kosmosa yük, eləcə də süni peyk daşıyır. Ancaq indiyə qədər bu səyahətlərdə insan iştirak etməyib. Şirkətin rəhbəri Elon Musk isə bunu dəyişmək üçün əlindən gələni əsirgəmir. Sözügedən layihə uğurlu olacağı halda Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu sahədəki Rusiyadan asılılığı bitəcək. Çünki 2011-ci ildən ABŞ astronavtlarının Beynəlxalq Kosmik Stansiyaya çıxarılması üçün Rusiyaya adambaşı 80 milyon dollar ödəniş edilir.

Falcon 9 raketinin daşıyacağı Crew Dragon kosmik aparatı ilə NASA astronavtları Bob Behnken və Doug Hurley kosmosa göndəriləcəkdilər. Ancaq Kennedi Kosmik Mərkəzinin yerləşdiyi Floridada hava şəraiti pisləşdiyindən start baş tutmayıb.

Uçuşun 1-2 həftə sonra gerçəkləşdiriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.