Maraqlı

Netflix passiv abunəçilərin hesabını ləğv edir

28 May 2020 23:45
Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük əyləncə platformalarından olan Netflix gözlənilməz qərar qəbul edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, platforma rəsmiləri istifadəçi hesablarının abunəliyini ləğv qərarı veriblər.

Uzun müddət istifadə edilməyən hesabların abunəliyi avtomatik şəkildə ləğv olunmağa başlayıb.

Sözügedən proses 1 il müddətində passiv olan hesablara tətbiq olunur. Bundan əvvəl isə həmin hesabların sahiblərinə məsələ haqqında e-mail göndərilir.

Netflix-dən verilən açıqlamada abunəlikləri ləğv edilən hesabların məlumatlarının saxlanılacağı da qeyd olunub. Yəni istifadəçi təkrar giriş etdiyi halda izləmə tarixçəsi və bəyənmələri qorunmuş olacaq.

Qeyd edək ki, pandemiya dönəmində Netflix-in populyarlığı xeyli artıb. Firma 2020-ci ilin ilk rübündə 15,8 milyon yeni abunəçi qazanıb. Bu, platformaya 5,77 milyard dollar gəlir gətirib. Dünya üzrə abunəçi sayı isə 182 milyona yüksəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.