Maraqlı

Müsəlman şəxsin kilsəyə getməsi və orada ibadət etməsi icazəlidirmi?

26 May 2020 22:20
Baxış: 1 317

Burada niyyət əsasdır. Bir müsəlmanın tarixi abidə olaraq kilsəyə gedib oradakı mədəni-tarixi əsərlərə baxması icazəlidir. İbadət məqsədi ilə kilsəyə getməyə gəlincə, əgər burada xristianların etdiyi ibadət növləri nəzərdə tutulursa, bunu etmək müsəlmana yaraşmaz. Təəssüf ki, bəzi cahil müsəlmanlar arzularının həyata keçməsi üçün kilsəyə gedib şam yandırır, hətta keşişdən yardım istəyirlər. Müsəlman öz istəyini Allahdan diləməli, ziyarət etmək istəsə, İslamın müqəddəs saydığı məkanları ziyarət etməlidir.

Kilsədə müsəlman ibadətini etməyə (namaz qılmağa) gəlincə, günah deyil, amma hazırda fəaliyyət göstərən kilsələrdə bunu etməyi məqsədəuyğun saymırıq. Çünki bu hərəkət oranın din xadimləri və ibadətə gələn şəxslər tərəfindən düzgün qarşılanmaya bilər və insana narahatlıq yaradar. Üstəlik, namaz məkanında insan təsvirinin və heykəlinin olması namazın savabını aşağı salar. Kilsələr isə məlum olduğu kimi ikona və heykəllərlə bəzədilir. Əgər namaz qılmaq üçün məkan tapmaq çətindirsə, hazırda istifadə olunmayan, tərk edilmiş kilsələrdə zərurət halında namaz qılmaq olar.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.