Maraqlı

Alimlər vaksini öz üzərlərində sınaqdan keçirdi

23 May 2020 21:05
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Səhiyyə Nazirliyinin Qamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin əməkdaşları COVİD-19 virusuna qarşı vektorlu vaksini öz üzərlərində sınaqdan keçiriblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə mərkəzin direktoru, REA-nın akademiki Aleksandr Ginzburq məlumat verib.

O bildirib ki, təcrübə uğurlu olub: immunitet var, mənfi təsirlər aşkar edilməyib.

Akademik özlərinə vaksin vuran həmkarlarının adlarını dəqiqləşdirməyib, lakin onun sözlərinə görə, onlar mərkəzin əməkdaşları, o cümlədən ilkin tədqiqatların təşkilatçıları və texnoloqlardır.

Ginzburq vurğulayıb ki, söhbət SARS-CoV-2 koronavirusu geninin daxil edildiyi adenovirusun DNT-si əsasında perspektivli vektorlu vaksindən gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.