Maraqlı

Çin hakimiyyəti Huawei-i xilas etməyə çalışarkən daha bir problem yarandı

21 May 2020 21:50
0 Şərh     Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə Huawei şirkətində ciddi problem yaranıb. Amerikaya məxsus TSMC şirkəti artıq Huawei-dən sifariş qəbul etmir, sentyabr ayında isə Çinin texnologiya nəhəngi üçün heç bir məhsul istehsal edə bilməyəcək.

Çin dövləti də öz növbəsində ABŞ-a qarşı sanksiya hazırlandığını bildirib. Bu sanksiyada ölkəyə məxsus Apple, Qualcomm, Cisco və Boeing şirkətləri kimi IT nəhənglərin ciddi ziyan görəcəyi gözlənilir. Çünki qeyd olunan şirkətlərin məhsullarının ən çox satıldığı bazarlardan biri də Çində yerləşir. İndi isə Amerikanın Huawei kompaniyasına yaratdığı problem haqqında.

Tətbiq olunan sanksiyalara görə TSMC şirkəti Huawei smartfonları üçün birkristallı Kirin prosessoru istehsal etməyəcək. Hələ ki, Huawei-in yaranmış problemi necə həll edəcəyi məlum deyil.

Mütəxəssislərin fikrincə, bu problemi Çinin SMIC şirkəti həll edə bilər. Sözügedən şirkət bu yaxınlarda SiC Kirin 710A -dən 14-dək nanometr texprosessor istehsal etməyə başlayıb. Artıq dünən SMIC şirkətinə Çinin "China IC Fund II və Shanghai IC Fund II" dövlət fondundan böyük miqdarda yatırım edilib. Yatırımın məbləği 2,25 milyard dollar təşkil edir və kompaniya nümayəndələri bu məbləği 14 nanomter texprosessor istehsalına sərf edəcəyini bildiriblər. SMIC istehsal edəcəyi çiplərin gücünü də 6000-dən 35 000-ə yüksəltməyə hazırlaşır.

Əgər bu yatırım Çin dövləti tərəfindən Huawei şirkətinə dəstək üçün edilibsə, bu zaman iki problem yaranır. Birincisi, Huawei məhsullarına daha müasir və güclü SoC lazımdır. İkincisi SMIC şirkətinin istifadə etdiyi avadanlıqlar ABŞ-da istehsal olunur. Bu isə o deməkdir ki, şirkətin inkişaf perspektivləri dumanlı görünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.