Orucun 3 dərəcəsi. Orucda gizlənən sirlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həzrət Peyğəmbər (s) buyurur: "Oruc - atəşdən qalxandır".
Həmçinin buyurur: "Oruc olan insan o zamana qədər ki, müsəlmanın qeybətini etməz, ibadət halındadır, baxmayaraq ki, yatağında yatsa belə".
Qüdsi hədisdə oxuyuruq ki, Uca Allah buyurur: "Oruc - Mənim üçündür və Mən onun əvəzini verəcəyəm. Oruc tutan üçün iki şadlıq olar. O zaman ki, iftar edər və o zaman ki, Allah Təala ilə görüşər. And olsun o kəsə ki, Muhəmmədin (s) nəfəsi onun əlindədir, oruc tutanın ağzının pis qoxusu Allah yanında müşk ətrindən daha ətirlidir".
İmam Kazım (ə) buyurur: "Əgər orucsunuzsə, zöhrdən əvvəl yatın. Çünki Allah Təala oruc tutana yatan zaman yemək verər və içizdirər".
Oruc insanın daxilində olan şəhvət atəşini söndürər və insanın heyvani hisslərini zəiflədər. Onun yerinə mələkut sifətlərini gücləndirər və təqvasını artırar. Allah ona görə buyurur ki, oruc Mənim üçündür və Mən özüm onun savabını verəcəyəm.
Orucun 3 dərəcəsi vardır.
1. Ümumi oruc.
2. Xüsusi oruc.
3. Xüsusi xüsusi oruc.
Ümumi oruc odur ki, qarnını yeməkdən və içməkdən saxlayasan, şəhvətdən uzaq olasan.
Xüsusi oruc odur ki, bütün bədən üzvlərin oruc tutsun: qulağın, gözün, ayaqların...
Xüsusi xüsusi oruc isə qəlbin orucudur. Qəlbi Allahdan qeyrisindən uzaq saxlamaqdır. Bu qəlb dünya alçaqlıqlarına diqqət etməkdən çəkinər. Onun orucunun iftarı axirət mövzuları barəsində düşünməkdir.
Oruc tutanın orucunu pozan əməllər: yersiz sözlər, yalan, qeybət, söz gəzdirmək, söyüş, zülm, düşmənçilik, riyakarlıq.
Həzrət Peyğəmbər (s) buyurur: "Oruc - atəşdən qalxandır. Ona görə də sizlərdən kim oruc olsa, söyüş söyməsin, cəhalətliyi üzündən söz deməsin, kimsə onunla dava etməyə qalxsa, ya onu söysə, desin ki, orucam".
Allah bizlərə orucun üçüncü dərəcəsinə çatmağı nəsib etsin. Çünki bu dərəcə ali insanların dərəcəsidir. İnsanı Allaha yaxınlaşdırar və onun razılığını əldə edər. (Beytutə)
Bəs orucun əsil sirri nədədir?
Həzrət Peyğəmbər (s) meracda olan zaman Allaha buyurur: "Allahım! Oruc tutmağın mirası nədir?".
Xitab gəlir: "Oruc, insanda hikmətin yaranmasına səbəb olur. Hikmət də mərifətin yaranmaq mənbəyidir. Mərifət isə insan canında yəqinin hasil olma amilidir.
O zaman ki, bəndə yəqinə çatar, necə yaşadığına görə qorxusu olmaz, istər çətinlikdə, istərsə də asanlıqda".
Həzrət Peyğəmbər (s) buyurur: "Necə də həqiqi oruc tutanlar azdırlar, necə də ac olanlar çoxdurlar (yəni, zahiri oruc tutanlar)".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





