Maraqlı

Birdəfəlik əlcəklər koronavirusdan qorumur, əksinə... – Alman həkimləri

14 May 2020 22:35
0 Şərh     Baxış: 1 522
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusun toxunulan səthdən əllərə, ordan da ağız və buruna keçməsinin qaşrısını almaq üçün birdəfəlik rezin, tibbi və s. əkcəklərin istifadəsi faydalı deyil. Alman həkimləri əlcəklərin qoruma effektini şübhə altına alıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, alman həkim Mark Hanefeld gündəlik həyatda və məişətdə birdəfəlik əlcəklərdən istifadə etməməyə çağırıb. Onun sözlərinə görə, isti və nəm, rütubətli mühitdə əlcəklərin altında bakteriyalar daha sürətlə çoxalır. Bu əlcəklərin yayındırıcı və aldadıcı qoruma effekti insanı daha gigiyenik olmaqdan uzaqlaşdırır.
Əlcək taxmaqdansa, yalın əllə gəzib, iş görüb,əlləri tez-tez isti su və sabunla yumaq daha effektiv qorunma metodudur.

Əlcəkdən tibb işçiləri istifadə etməlidir, çünki onlar hər prosedurdan sonra əlcəkləri çıxarıb atır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.