Maraqlı

Amerikalıların borcu 1,1% artaraq 14 trilyon dolları keçib

17 May 2020 19:15
0 Şərh     Baxış: 921
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da ailələrin borcu, bu ilin ilk rübündə əvvəlki rüb ilə müqayisədə 1,1% artaraq 14,3 trilyon dollara çatıb.
Amerikalıların borcu 1,1% artaraq 14 trilyon dolları keçib
Milli.Az marja.az-a istinadən bildirir ki, Fed-in Nyu York şöbəsi tərəfindən hazırlanan 2020-nin ilk rübünə dair Ailələrin Borcu və Kredit Hesabatı dərc olunub.

Hesabata görə, amerikalıların borcu 2020-ci ilin ilk rübündə 1,1% artaraq 14,3 trilyon dollara yüksəlib.

Borc, ilin ilk rübündə 155 milyard dollar, son 1 ildə isə  632 milyard dollar artıb.

Ailələrin borcunun artmasına ipoteka krediti borclarının artması səbəb olub.

İpoteka kreditləri üzrə borc ilk rübdə əvvəlki rüb ilə müqayisədə 156 milyard dollar artıb və 9,71 trilyon dollara çatıb.

Amerikalıların digər ən çox borcları - 1,54 trilyon dollarla təhsil kreditləri, 1,35 trilyon dollarla avtomobil kreditləri və 890 milyard dollarla kredit kartları üzrədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.