Maraqlı

Facebook və Google evdən işləməyi il sonuna qədər uzatdı

17 May 2020 20:45
0 Şərh     Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Facebook və Google, yeni növ koronavirus (Kovid-19) pandemiyası ilə əlaqədar olaraq işçilərinin ilin qalan dövründə də evdən işləmələrinə icazə veriblər.

Milli.Az marja.az-a istinadən bildirir ki, Google-in İcraçı direktoru Sundar Pichai, vəzifələrini evlərindən yerinə yetirə biləcək personalın il sonuna qədər evdən işləyə biləcəyini açıqlayıb.

Pichai, ofisə dönmək məcburiyyətində olanların da genişlədilmiş təhlükəsizlik tədbirləri çərçivəsində iyuldan etibarən iş yerlərində işə başlayacağını bildirib.

Facebook-dan da, "Bu gün, il sonuna qədər işlərini uzaqdan icra edə biləcəklərin, bunu seçim edə biləcəklərini açıqlayırıq" şərhi verilib.

Daha əvvəl ofislərini 6 İyuldan açacağını açıqlayan Facebook, Kovid-19 epidemiyasında evdən işləmək və uşaq baxımı xərcləri üçün işçilərinə 1000 dollar hədiyyə vermişdi.

Google da evdən iş tətbiqini 1 İyuna qədər davam etdirəcəyini açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.